RU
İranın Quru Qoşunları komandanı Rusiyaya gedib
18:00
291

İranın Quru Qoşunları komandanı Rusiyaya gedib

İranın Quru Qoşunlarının komandanı, briqada generalı Kiyumərs Heydərinin başçılıq etdiyi hərbi nümayəndə heyəti Moskvaya gedib.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfərin məqsədi ikitərəfli hərbi əməkdaşlığı müzakirə etməkdir.

Rusiya Quru Qoşunlarının rəisi, ordu generalı Oleq Salyukov İranın Rusiyanın strateji tərəfdaşı olduğunu söyləyib.

İran nümayəndə heyəti Moskvaya səfəri çərçivəsində quru qoşunlarının hərbi məktəblərinə və hərbi sənaye kompleksinin müəssisələrinə baş çəkəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ