RU
İranın raket qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib
11:50
277

İranın raket qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib

İranın raket qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bu barədə "Reuters” ABŞ-ın yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

O bildirib ki, Ağ Ev hadisələrin gedişatını diqqətlə izləyir.  

"Bu döyüş hazırlığı hücum, yoxsa müdafiə xarakteri daşıyır? Bu bizə məlum deyil”, - deyə mənbə izah edib.

Xatırladaq ki, ABŞ-ın İran generalı Qasım Süleymanini öldürməsindən sonra ölkələr arasında münasibət kritik həddə çatıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ