İranın xarici işlər naziri Əraqçi: Etirazlar zamanı 53 məscid yandırılıb
7News.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda keçirdiyi mətbuat konfransında dekabrın 28-də başlayan etirazlarla bağlı açıqlama verib. Etirazlara ABŞ və İsrail tərəfindən dəstək verildiyini iddia edən Əraqçi, "Şəhərlərdə 200 mağaza yandırıldı. Təcili yardım maşınlarına hücum etdilər. Son üç gündə 180 təcili yardım maşını yandırıldı. Sonra da məscidlərə hücum etdilər. Bu tamamilə qəribədir. Heç bir iranlı məscidə hücum etməz, yandırmazdı. 53 məscid yandırıldı" dedi.