RU
İranın yeni bəyanatı:
12:10
343

İranın yeni bəyanatı: "ABŞ Suriya siyasətini dəyişib"

İranın xarici işlər naziri yeni bəyanat səsləndirib.

 Cavad Zərif ABŞ hökumətinin Suriyadakı əsas prioritetini açıqlayıb.

İranın XİN rəhbəri deyib: "Mənə elə gəlir ki, bu gün prioritetlər dəyişib. ABŞ hökuməti üçün İŞİD-ə qalib gəlməkdənsə, Suriyanın İraqla sərhəd xəttinə nəzarəti özünə qaytarmağa imkan verməməyin daha vacib olduğunu düşünürəm".
Nazirin sözlərinə əsasən, rəsmi Tehran Suriya böhranının sülh yolu ilə həllində maraqlıdır. Eyni zamanda qeyd edilib ki, ABŞ-dan fərqli olaraq Tehranın hədəfləri daha yaxşıdır:

"Biz Suriyada kimisə dəstəkləmək üçün yox, terrora qarşı mübarizə aparmaq üçün varıq"./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ