7NEWS.az xəbər verir ki, dünyada nüvə silahı yarışı davam edərkən, İran ərazisində peyk vasitəsilə çəkilmiş qeyri-adi görüntü diqqəti cəlb edib. Ölkənin nüvə planları ilə bağlı yeni suallar doğuran görüntülərdə ərazidə iki gizli tunelin olduğu görünür. Hər iki tunelin daha böyük kompleksin bir hissəsi olduğu və nüvə əməliyyatları üçün hazırlandığı düşünülür.








