RU
İranla bağlı qərara Rusiyanın münasibəti
14:52
420

İranla bağlı qərara Rusiyanın münasibəti

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Donald Trampın İranın nüvə fəaliyyətini tənzimləyən beynəlxalq sazişlə bağlı qərarına münasibət bildirib.

7news.Az Sputnik-ə istinadla xəbər verir ki, o bildirib ki, Rusiya razılaşmanı pozmayacaq.

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

 

Ötən gün Donald Tramp ABŞ-ın sazişdən çıxmasını bəyan edib. ABŞ prezidenti, həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bildirib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ