RU
İranlı general koronavirusdan ÖLDÜ — SON DƏQİQƏ
19:17
497

İranlı general koronavirusdan ÖLDÜ — SON DƏQİQƏ

İslam İnqilabı Keşikçiləri Korpusu Generalı (IRGC, İranın hərbi-siyasi elit birliyi) Nasser Şaabani, koronavirus infeksiyasından vəfat edib. Bu barədə İranın "Tasnim News” agentliyi məlumat yayıb.
7News.Az xəbər verir ki, Şaabani IRGC-də 37 il xidmət edib. Generalın ölümü ilə bağlı əlavə məlumat yoxdur.
Koronavirus İranın bir sıra yüksək səviyyəli rəsmilərində, o cümlədən İranın Birinci vitse-prezidenti Eskhak Cahangiri, Turizm naziri Əli Əsgər Munesan və ticarət naziri Rezu Rəhmanidə də aşkar edilib.

Qeyd edək ki, İranda koronavirus epidemiyası qurbanlarının sayı 514 nəfərə çatıb. Fevralın 19-dan bəri yoluxanların ümumi sayı 11,3 min nəfəri keçib.
 
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ