Oriental və ya göbək rəqsi (“Bellydance”) hər zaman qadınların ən çox müraciət etdiyi rəqs növü olub.
Demək olar bütün kişilər qadınların bu rəqsi oynamasını sevir, bundan xüsusi zövq alır.
Oriental rəqs üzrə beynəlxalq xoreoqraf olan Sedi Markvardt adlı iranlı rəqqasənin bir neçə il öncə təqdim etdiyi rəqs nömrəsi isə demək olar ki, indi də diqqət mərkəzindədir.
Belə ki, rəqqasə hamilə olduğu halda göbək rəqsi oynayır. Sedi həmin rəqsi ilə qeyri-adi istedadını ortaya qoymaqla yanaşı, unikal və fərqli performans nümayiş etdirir.
Onu da əlavə edək ki, bu video “YouTube” kanalına yükləndikdən sonra virus-görüntülər sırasına düşüb və 10 milyondan çox baxış qazanıb.
7news.az








