RU
İranlı qadın diktor istefa verdi: “Bağışlayın, sizə 13 il yalan danışmışam” - Foto
11:35
532

İranlı qadın diktor istefa verdi: “Bağışlayın, sizə 13 il yalan danışmışam” - Foto

İranın Ukraynaya məxsus təyyarəni vurması ölkədə sabitliyi pozub. Minlərlə insan etiraz aksiyasına çıxaraq hökumətin istefasını tələb edir.

 

7News.Az xəbər verir ki, aksiyalarda daha çox ABŞ-ın öldürdüyü İran generalı Qasım Süleymaninin şəkilləri cırılır. Amerika dövlətinə dəstək şüarları da səslənir.

 

İran səfirliyi - Süleymani İran səfirliyində Qasım Süleymaninin anım guşəsi

 

Bu hadisələrin fonunda başqa maraqlı hadisələr də baş verir. Məsələn, İran televiziyasının diktoru Gülarə Cabbari istefa vermək qərarına gəlib. O, qərarını "Instagram” profilindən elan edib.

 

Gülarə Cabbari Gülarə Cabbari

 

Cabbari indiyə qədər səsləndirdiyi həqiqətə uyğun olmayan xəbərlərə görə üzr istəyib: "Bağışlayın, sizə 13 il yalan danışmışam”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ