ASK məlumat yaydı.
Noyabr 16-da saat 16:00–da “Hilton” otelində “İran-Azərbaycan Biznes Forumu” və noyabrın 17-19-da isə Bakı Expo Mərkəzi”-ndə “İran Project” Biznes Sərgisi keçiriləcək.
Bu barədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) bildirilib.
ASK-dan bildirilib ki, biznes forum və sərgidə hüquq-konsaltinq, tikinti-inşaat, neft-qaz, nəqliyyat, maşınqayırma, incəsənət, tekstil sahələrini əhatə edən İran şirkətləri təmsil olunacaq.
7news.az








