İraq hökuməti ölkənin şimalında vəzifədə olan məmur və peşmərgələrin maaşını ödəyəcəyini bəyan edib.
Məlumatı İraqın baş naziri Heydər əl-İbadi Bağdadda keçirilən mətbuat konfransında verib. Məlumata əsasən Kürd Muxtariyyəti üçün işləyən məmur və peşmərgələrin maaşı bu yaxınlarda ödəniləcək.
Şimali İraqda neft gəlirlərinin bölüşdürülməsi məsələsində baş verən qalmaqaldan sonra 2014-cü ildən bu yana maaşların ödənməsində problem ortaya çıxmışdı./olke.az
7news.Az








