7NEWS.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın verdiyi məlumata görə, neft nazirinin müavini və Milli Qaz Şirkətinin baş direktoru Çegeni, "İraqın Elektrik Nazirliyi İrana təbii qaz idxalından yaranan bütün borclarını ödəyib" dedi. İraqın borcunun sıfıra endirildiyini qeyd edən Çegeni, bəzən İraq Ticarət Bankı (TBI) vasitəsilə İrana pul köçürmələrində problemlər yaşandığını bildirib. İraq İrandan elektrik enerjisi istehsalı üçün idxal etdiyi 2,6 milyard dollarlıq təbii qaz borcunu ABŞ-ın Tehrana tətbiq etdiyi birtərəfli bank sanksiyaları səbəbindən ödəyə bilmədiyini izah edirdi.
7NEWS.az








