RU
İraq İsveçdə Quranı yandıran fəalın ekstradisiyasını tələb edir
12:20
109

İraq İsveçdə Quranı yandıran fəalın ekstradisiyasını tələb edir


7NEWS.az xəbər verir ki, cümə axşamı İsveçin paytaxtı Stokholmda məscidin qarşısında Quranı yandıran İraq vətəndaşı sığınacaq axtaran Salvan Momikanın hərəkətinə reaksiyalar davam edir. İraq hökuməti Salvan Momikanın mühakimə olunmaq üçün ölkəyə təhvil verilməsini tələb edib. İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Səhhaf mövzu ilə bağlı verdiyi açıqlamada Momikanın İraq vətəndaşı olduğunu ifadə edərək, "Ona görə də bu şəxsin İraq qanunlarına görə mühakimə oluna bilməsi üçün İsveç hökumətinə təhvil verilməsini tələb edirik" dedi. Səhhaf onu da xatırladıb ki, İraq hökuməti daha əvvəl İsveç rəsmilərindən Qurani-Kərimə qarşı təhqirlərə son qoyulmasını tələb edib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ