RU
İraq ordusu İŞİD-in 7 terrorçusunu zərərsizləşdirib
02:30
654

İraq ordusu İŞİD-in 7 terrorçusunu zərərsizləşdirib

İraq Hərbi Hava Qüvvələri və ordu bölmələri Bağdadın şimalında İŞİD terror təşkilatının 7 silahlısını məhv edib.

Bu barədə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının mətbuat katibi Yəhya Rəsul məlumat verib.

"Səlahəddin əyalətinin operativ komandanlığının uzunmüddətli müşahidəsindən sonra hərbi hava qüvvələri bölgənin Sabiat rayonuna zərbələr endirib. Nəticədə 5 terrorçu məhv edilib. Daha sonra hadisə yerinə gələn quru qoşunlar daha 2 terrorçunu zərərsizləşdirib”, - komandanlığın nümayəndəsi tviterdə qeyd edib./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ