Mosul uğrunda gedən döyüşlərdə İraq ordusu qədim Nimrud şəhərinə yaxınlaşıb.
Ordu hissələri qədim Nimrud şəhərinin xarabalıqlarına yaxınlaşıb.
İraq ordusu komandanlığından bildirilib ki, hərbçilər Mosuldan 30 km cənubda yerləşən Abbas-Rəcəb və Əl-Nomaniya kəndlərini terrorçulardan azad etməyə başlayıblar. Artıq Abbas-Rəcəb kəndi təmizlənib.
Qeyd edək ki, ötən ilin mart ayında İŞİD terrorçuları qədim Assur şəhəri Nimrudu dağıtmışdı./olke.az
7news.Az








