İraqın Əl-Kaim şəhəri qan gölünə çevrilir.
Şəhər bazarının səhvən bombalanması nəticəsində ən azı 60 nəfər mülki şəxs həlak olub.
İŞİD-in nəzarətində olan Əl-Kaim şəhərinin bazarı 3 hava hücumuna məruz qalıb. ölənlərin 12-si qadın, 19-u isə azyaşlı uşaqdır. Hücumun İraq ordusu və ya ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən təşkil edildiyi hələ dəqiqləşdirilməyib.
"Əl Cəzirə" kanalına müsahibə verən İraq ordusunun mənsubları orduya ait hərbi təyyarələrin səhvən mülki əhalini hədəf aldığını bildirib. Eyni xəbəri Ənbər vilayətinin millət vəkili də verib. Amma bəzi deputatlar hücumun koalisiya qüvvələri tərəfindən həyata keçirildiyini bildirir.
Təyyarələr İŞİD-in mərkəzlərindən sayılan məscidi hədəf almaq istəsələr də, səhvən bazarı bombalayıblar.
Bəzi mənbələr isə hücum nəticəsində 120 nəfərin həlak olduğunu bildirir./olke.az
7news.Az








