RU
İraq-Suriya sərhədindən - SON MƏLUMAT
11:26
479

İraq-Suriya sərhədindən - SON MƏLUMAT

"İraqın Mosul şəhərində davam edən əməliyyatlar zamanı qaçan İŞİD üzvləri Suriyaya üz tutmağa başlayıb”.

Bu sözləri Rusiyanın baş qərargah rəisi Valeriy Gerasimov deyib. Mosul əməliyyatlarının Suriyadakı vəziyyəti daha da gərginləşdirəcəyini deyən general narahatlığını dilə gətirib. O bildirib ki, Suriyadakı rusiyalı hərbçilər İŞİD-lə effektiv mübarizə aparır. Lakin, İraqdan gələn terrorçular bu əməliyyatların uzanmasına gətirib çıxara bilər. Buna görə də Gerasimov İraqla sərhəddə nəzarətin gücləndirilməsinin vacibliyini bildirib. O deyib ki, İraq ərazisindən sərhədi keçməyə çalışan istənilən şübhəli şəxs yerindəcə məhv edilməlidir. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ