İraqın Baş naziri Heydər Abadi NATO-nun Baş katibi Yens Stoltenberqə müraciət edib.
Abadi NATO-dan öz səlahiyyətlərindən istifadə edərək Türkiyəni ölkənin şimal hissəsindən qoşunlarını çıxarmağa məcbur etməsini istəyib.
Bu haqda məlumat İraqın Baş nazirinin rəsmi saytında yer alıb. Məlumatda sözügedən müraciətin telefon vasitəsilə edildiyi deyilir.
Qeyd edək ki, İraq tərəfi müraciətini Türkiyənin ölkə ərazisindən qoşunlarını çıxarmalı olduğu vaxtdan 48 saat sonra edib./axar
7news.az








