Türkiyə öz ordusunu Başikadan geri çəkməsə, biz hərbi müdaxilə etməyə məcbur olacağıq.
7news.az xəbər verir ki, bunu İraqın Xarici İşlər naziri İbrahim Cəfəri deyib.
“Bir daha bildiririk ki, Türkiyə öz ordusunu geri çəkməlidir. Rəsmi Bağdad vəziyyəti sülh yolu ilə həll etməyə çalışır. Lakin başqa bir çıxış yolu qalmasa, suverenliyimizi qorumaq üçün hərbi müdaxilə etməyi düşünəcəyik”, - Cəfəri qeyd edib.
7news.az








