İraqın Sammara şəhərində baş verən partlayışın qurbanları arasında 10 iranlı zəvvar olub.
Bunu İranın Həcc və Ziyarət Təşkilatının rəsmi nümayəndəsi Məhəmməd Cavad Daneşvar deyib.
Qeyd edək ki, İraqda ard-arda iki partlayış baş verib.
İlk partlayış Tikrit şəhərində baş verib. Terrorçu partlayıcı maddə ilə doldurulmuş təcili yardım maşınını partladıb.
Digər partlayış isə, Samarra şəhərində. Terrorçu-intiharçı özünü və maşınını şiə ziyarətgahlarının birinin yaxınlığında partladıb.
İki partlayış nəticəsində 39 nəfər həlak olub, 40 nəfər isə yaralanıb./trend
7news.Az








