ABŞ ordusu İraqdakı hərbi qüvvələrinə iki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə hücumun qarşısını alıb.
Bu barədə "Reuters”ə amerikalı rəsmi mənbələr bildiriblər.
Lakin onlar hücuma görə hansı ölkə və ya qrupun məsuliyyət daşıdığını dəqiqləşdirməyiblər. PUA-lar ABŞ hərbçilərinin yerləşdiyi İraqın "Əl-Əsəd” aviabazasına zərbə endirən zaman ələ keçirilib.








