İraq təhlükəsizlik qüvvələri Bağdad hava limanına hücumda əli olmaqda şübhəli bilinən şəxsi saxlayıb.
7NEWS.Az xəbər verir ki, bu barədə İraqın "Alsumaria" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, saxlanılan şəxs Bağdadın qərbindəki Əbu Qreyb bölgəsində yaşayır.
Hazırda istintaq onun hansı təşkilat və ya qruplaşmanın üzvü ola biləcəyi müəyyənləşdirilir.
Xatırladaq ki, yanvarın 29-da Bağdad beynəlxalq hava limanına altı raket atılıb. Atılan mərmilər uçuş-enmə zolağının və hava limanının binasının yaxınlığında düşüb. Terror aktı kimi qiymətləndirilən insident nəticəsində "Iraqi Airways” aviaşirkətinə məxsus iki mülki laynerə ziyan dəyib.
7NEWS.Az







