İraqın əl-Hilla şəhərində törədilmiş partlayış nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.
Bu barədə cümə axşamı, noyabırn 24-də, "Reuters” nəşri yazır.
Bildirilir ki, ölənlərin əksəriyyəti iranlı zəvvarlardır. Müqəddəs şəhər sayılan Kərbəladan qayıdan zəvvarlar yanacaqdoldurma məntəqəsinin ərazisində kafedə istirahət üçün dayanıblar. Bir müddət sonra YDM-ə minalanmış yük avtomobili daxil olub, terrorçu-kamikadze partlayıcı qurğunu işə salıb.
Partlayışa görə məsuliyyəti öz üzərinə "İslam dövləti” terror təşkilatı götürüb./oxu
7news.Az








