RU
İraqda PKK terrorçuları Türkiyənin 2 hərbçisini öldürüb
20:39
612

İraqda PKK terrorçuları Türkiyənin 2 hərbçisini öldürüb

PKK terrorçu qruplaşması Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonundakı daha bir hərbi hissəyə hücum təşkil edib.

 İraqın şimalından atılan mərminin partlaması nəticəsində 2 hərbçi şəhid olub, 2-si yaralanıb. 

Yaralı hərbçilər dövlət xəstəxanasına yerləşdiriliblər. 

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda PKK terrorçu qruplaşmasının Güvən dağında yerləşən hərbi hissəyə İraq tərəfdən raket atılması nəticəsində 1 hərbçi şəhid olub, 5-i yaralanıb./oxu

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ