İraq hökuməti Amerika Birləşmiş Ştaları xüsusitəyinatlılarının bu ölkəyə göndərilməsini özünə qarşı təcavüz aktı kimi qiymətləndirib.
Baş nazir Heydər Əl-Abadi növbəti dəfə bəyan edib ki, istənilən əcnəbi qoşunların Bağdadın razılığı olmadan İraqda yerləşdirilməsi bu ölkəyə qarşı təhlükə hesab olunacaq.
Baş nazir Facebok səhifəsində yazır: "Bzi bir daha təkidlə bildiririk ki, İraqın xarici quru qoşun kotngentinə ehtiyacı yoxdur və heç bir dövlətdən qoşunlarını göndərməyi xahiş etmir". Qeyd edək ki, İraqa İŞİD terror təşkilatı ilə mübarizəyə əvvəlcə 50 əsgərin göndərilməsi nəzərdə tutulsa da, indi bu rəqəmin 200 olduğu bildirilr. Pentaqonda hesab edirlər ki, xüsusitəyinatlılar həm Bağdada kömək edəcək, həm də Suriya torpaqlarında sərbəst hərbi əməliyyat apara biləcək./atv
7news.az








