RU
İraqla Türkiyə arasında gərginlik - Səfir XİN-ə çağırıldı
10:36
482

İraqla Türkiyə arasında gərginlik - Səfir XİN-ə çağırıldı

Dünən Ankaraya nota verən İraqa Türkiyədən cavab gecikməyib.

7News.az xəbər verir ki, bu gün İraqın Türkiyədəki səfiri Hişam Ali Ekber İbrahim el-Alevi Xarici işlər nazirliyinə çağırılıb.

Qeyd edək ki, dünən İraq parlamenti İŞİD-ə qarşı döyüşən könüllülərə hərbi təlim keçən türkləri "işğalçı güclər” adlandırmış, prezident Ərdoğanın açıqlamalarını tənqid etmiş, Türkiyə ilə ticari və iqtisadi əlaqələrə yenidən nəzər yetirilməsi kimi bir sıra tələblər irəli sürmüşdü.

Türkiyə XİN-i isə bu ittihamları qınadığını açıqlamış, xüsusilə də Ərdoğana qarşı səsləndirilən ittihamlara şiddətlə etiraz etdiyini vurğulamışdı.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ