Ermənistan paytaxtı İrəvanda konstitutsiya islahatlarına qarşı çıxan “Yeni Ermənistan” ictimai qurtuluş cəmiyyətinin mitinqi başlayıb.
Aksiya Azadlıq meydanında keçirilir.
“İrs” partiyasının lider Raffi Ovannisyan, Təssisedici parlamentin üzvü Jirayr Sefilyan da hazırda Azadlıq meydanındadılar.
Yerli vaxtla 18:00-da `Yox` cəbhəsi də Azadlıq meydanında mitinq keçirəcək. `Yox` cəbhəsinin tərkibinə “Erməni Milli Konqresi” və “keçirməyəcəksiniz” təşəbbüs qrupu daxildir./azvision
7news.az








