Bu sənədli film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
Filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Filmin ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.
Təqdimat mərasimi "Fairmont Baku” otelinin "Nizami Gəncəvi” zalında keçiriləcək.
Mətbuat nümayəndələri bu tədbirə dəvətlidir.
Ünvan: Bakı şəhəri, Mehdi Hüseyn küçəsi, 1A.
7News.Az








