RU
İrəvan küçələri qana boyandı - Ölən və yaralı var
12:23
584

İrəvan küçələri qana boyandı - Ölən və yaralı var

Ermənistanın paytaxtı İrəvanda güclü atışma baş verib.

 

7News.Az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gün yerli vaxtla saat 17:15 radələrində baş verib. 

Məlumata əsasən İrəvanda yerləşən "Surb Astvaçamayr” tibb mərkəzindən polisə xəstəxanaya 1981-ci il təvəllüdlü Aram və 1978-ci il təvəllüdlü Muşeq adlı şəxslərin yaralı halda, daha bir nəfərin isə meyitinin gətirilməsi barədə xəbər daxil olub. 

Xəstəxanadan, həmçinin Muşeq M-in reanimasiya şöbəsində vəfat etdiyi bildirilib. 

Üçüncü şəxsin kimliyi də dəqiqləşdirilib. O, 1991-ci il təvəllüdlü Qevork A-dır. Polis hadisənin baş vermə səbəblərini araşdırır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ