RU
İrəvan meriyasında Paşinyanın partiyadaşları və müxalifət üzvləri arasında dava düşüb
16:50
33

İrəvan meriyasında Paşinyanın partiyadaşları və müxalifət üzvləri arasında dava düşüb

Bu gün İrəvan şəhər Ağsaqqallar Şurasının iclasında hakim "Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri ilə müxalifət üzvləri arasında dava düşüb.

Qarşıdurmaya seçkilər zamanı seçicilərin pulla ələ alınması ilə bağlı səslənən ittihamlar səbəb olub.

Müxalifət blokunun "Ana Ermənistan” fraksiyasının üzvləri hakim partiyanı seçki pozuntularında ittiham ediblər. Buna cavab olaraq İrəvan merinin müavini Armen Pambuxçyan müxalifət nümayəndələri ilə mübahisə etməyə başlayıb.

Bundan sonra başlayan söz qarşıdurması tərəflər arasında davaya çevrilib. Dava zamanı tərəflər bir-birinə su şüşələri atıb.

Hadisədən sonra İrəvan Ağsaqqallar Şurasının iclasında fasilə elan olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ