Hadisənin təfərrüatları müəyyənləşdirilir.
İrəvanda baş verən atışma nəticəsində iki nəfər yaralanıb, “Novosti Armenii” polisin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Yanvar ayının 26-da axşam saatlarında xəstəxanaya iki kişi gətirilib.
Xəsarət alanların kimlikləri müəyyənləşdirilib. Bu, 36 yaşlı Sergey Q. və 47 yaşlı Artur T.-dir. Hər iki kişi odlu silah yarası ilə xəstəxanaya gətirilib.
Hadisənin təfərrüatlarının və hücum edən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır./oxu
7news.az








