İrəvanın mərkəzi meydanında keçirilən mitinqdə prezident Serj Sarkisyan qanunu pozmaqda günahlandırılıb.
Bildirlib ki, Sarkisyan Konstitusiya Məhkəməsinin qərarı açıqlanmadan ölkənin parlamentli respublikaya keçdiyini deyib. Bununla da Sarkisyan ölkə qanunlarını pozub
Mitinqdə həmçinin referendum zamanı öz peşə borcunu yerinə yetirən jurnalistlərin işinə mane olması, hətta onların döyülməsi faktlarına da Sarkisyan administrasiyasının göz yumması qınanılıb. Bildirilib ki, məntəqələrə yaxınlaşaraq çəkiliş aparmaq istəyən jurnalsitlərə təzyiqlər olunub, hətta media işçilərinin polisin gözü qabağında mülki geyimdə olan naməlum şəxslər tərəfindən döyülməsi hallarına da polis reaksiya verməyib.
“Yeni Ermənistan” blokunun fəalları bildirib ki, qarşıdakı iki gün ərzində oturaq aksiyaya başlanılacaq.
7news.az








