Ötən gün İrəvanda keçirilən etiraz aksiyası zamanı 51 nəfər yaralanıb.
7News.Az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, toqquşmalar zamanı yaralanan şəxslərin 28-i polis əməkdaşıdır. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib.
Hazırda paytaxt İrəvanda vəziyyət stabildir.
Qeyd edək ki, gecə saatlarında İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında keçirilən etiraz aksiyası dağıdılıb. 30-dək etirazçı saxlanılıb.
Artıq bir neçə gündür ki, silahlı qruplaşma polis bölməsini nəzarətdə saxlayır.
Ermənistan Milli Təhlükəsizlik Şurası xüsusi tədbirlər görülmədən girovların azad edilməsi ilə bağlı danışıqlar aparıldığını bəyan edib.








