RU
İrəvanda KTMT-nın iclası başladı
15:10
576

İrəvanda KTMT-nın iclası başladı

Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahında Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatı (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası başlayıb.

 

Bu barədə 7News.Az erməni KİV-nə istinadən xəbər verir. 

Məlumata əsasən şuranın iclasında iştirak etmək üçün Qırğızıstan və Tacikistan prezidentləri ötən gün Ermənistan paytaxtına gəlib. Bu gün isə İrəvana Rusiya və Belarus prezidentləri gəlib.

Qeyd edək ki, bu gün İrəvanda KTMT ölkələrinin rəhbərləri, xarici işlər nazirləri, müdafiə nazirləri və katibləri iştirakı ilə sammit keçirilib.

İclas zamanı əsas diqqət terrorizmlə mübarizə tədbirlərinə yönəldilib. KTMT-nin İrəvandakı iclasında nizamnamə orqanlarında sədrlik Ermənistandan Belarusa keçib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ