RU
İrəvanda Lavrova “qanlı çəkmə” verdilər
09:45
1179

İrəvanda Lavrova “qanlı çəkmə” verdilər

“Qəpik isə bizim müttəfiqimizin satqın olduğunu bildirir”.

İrəvanda ötən gün etirazçılar Rusiya Xarici İşlər naziri Sergey Lavrova qanlı çəkmə veriblər.

7news.Az-ın xəbərinə görə, bu barədə “Azadlıq radiosu” yazır.

Aprelin 21-də Lavrov İrəvana gələndə aksiya iştirakçıları Rusiya səfirliyinin qarşısına içində qanlı çəkmə, “Molotov kokteyli” yazılı şüşə, qəpik və torpaq olan qutu gətiriblər.

“Ayaqqabı rus çəkməsinin rəmzidir. Kokteyl o deməkdir ki, əgər ərazilərin Azərbaycana qaytarılması barədə hər hansı bir sənəd imzalansa, biz buna görə cavabdeh şəxsləri  kokteylə qonaq edəcəyik. Torpaq - bu sənədin imzalanmasına cavabdeh olan şəxslərin torpağa tapşıracağımızı, qəpik isə bizim müttəfiqimizin satqın olduğunu bildirir”, - İrəvan ağsaqqallar Şurasının sədri David Sanarasyan deyib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ