İrəvanda “Qalx, Ermənistan!” adlı hərəkatın təşəbbüskarları şəhər polis idarəsinə doğru yürüş keçirib.
Yürüş iştirakçıları polisə qarşı zorakılıqda ittiham edilən ictimai fəal Gevorq Səfəruyanın azad edilməsini tələb ediblər.
Eyni zamanda yürüş iştirakçıları polis əməkdaşı Qeqam Xaçatryanın həbsini də tələb ediblər. Aksiyaçıların qarşısını polis kəsib.
Qeyd edək ki, müxalifət nümayəndəsinin həbsinə səbəb olan hadisə yeni il gecəsi baş vermişdi./cebhe
7news.az








