RU
İrəvanda polis vəhşiliyi: 30-dan çox yaralı var
10:14
1763

İrəvanda polis vəhşiliyi: 30-dan çox yaralı var

Ötən gün İrəvanda keçirilən etiraz aksiyası zamanı 30-dan insan yaralanıb.

7News.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib.

Onun sözlərinə görə, yaralıların dəqiq sayı müəyyən deyil.

Qeyd edək ki, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları post-patrul xidməti alayı binasının yaxınlığına cəmləşmiş müxalifətin nümayişçilərini dağıdıblar.

Əməliyyat zamanı təxminən 50 nəfər, o cümlədən "İrs" müxalifət partiyası sədrinin müavini Armen Martirosyan saxlanılıb. "Azadlıq" radiosunun erməni xidmətinin jurnalistləri döyülüblər.

Etiraz aksiyalarının yenidən davam edəcəyi gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ