28 ildir ki, Bakıdan İrəvana gələn qaçqınlar Ermənistanda hökumət evinin qarşısında etiraz edərək mənzil tələb edirlər.
7News.Az erməni mətbuatına istinadən xəbər verir ki, etiraz edən sakinlər hazırda Ermənistanın paytaxtında yerləşən yataqxanada məskunlaşıblar. Onların hazırda yaşadığı yataqxana 2003-cü ildə Ermənistanda fəaliyyət göstərən universitetlərdən birinə satılıb. Etirazçılar bildirib ki, binanın sahibi onları yeni mənzil ilə təmin edəcəyinə söz verib. Amma bina sahibi deyilənlərə əməl etməyib və onları aldadıb. Onlar hazırda çox acınacaqlı bir şəraitdə yaşadıqlarını qeyd ediblər.
Sakinlərdən biri bildirib ki, hazırda yaşadıqları yataqxanın dam örtüyü çox bərbad şəkildədir və yağış suları evin içinə axır. Həmçinin yataqxanın sanitar qovşağı çox acınacaqlı vəziyyətdədir. Xanım sakin qeyd edib ki, onlar sanitar qovşağdan istifadə edən zaman özləri ilə çətir aparırlar.








