Ermənistanın baş nazirinə hücum hazırlanırdı.
Çərşənbə günü İrəvanda zərərsizləşdirilən silahlı qruplaşma Ermənistan parlamentinə və baş nazirə hücum planlaşdırırdı.
Bu barədə “Aykakan jamanak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
“Qrup Ermənistanın Milli Məclisində müəyyən fəaliyyət planlaşdırırdı, onların digər hədəfi isə baş nazir Ovik Abramyan idi”, - məlumatda deyilir.
Qeyd edək ki, Ermənistanın təhlükəsizlik xidmətinin əməkdaşları polis əməkdaşları ilə birgə İrəvanda silahlı qrupu zərərsizləşdiriblər. Qruplaşma ölkə ərazisində “bir sıra ağır cinayətlər” planlaşdırırdı, MTX-nin mətbuat xidməti məlumat yayıb.
Axtarış zamanı hüquq-mühafizə orqanı əməkdaşları müxtəlif növ avtomatlar, qumbaraatanlar, qumbaralar, partlayıcı materiallar və qurğular, rabitə vasitələri, güllələr, hərbi forma və zirehli jiletlər aşkar ediblər./oxu
7news.az








