RU
İrəvanda yenidən hökumət əleyhinə etirazlar başlayıb
15:56
39

İrəvanda yenidən hökumət əleyhinə etirazlar başlayıb


İrəvan şəhərində yenidən başlayan hökumət əleyhinə etirazlarda 240-dan çox etirazçı saxlanılıb.

7NEWS.az xəbər verir ki, erməni mətbuatında yer alan xəbərlərə görə, arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi hökumət əleyhinə qruplar səhər saatlarından etibarən İrəvanın bəzi küçələrini nəqliyyatın hərəkətinə bağlayıb. Müxalifət deputatları da daxil olmaqla, polis qüvvələri ilə fəallar arasında vaxtaşırı toqquşmaların yaşandığı bildirilib. Bir çox fəalın polis tərəfindən zor tətbiq edilərək saxlanıldığı, saxlanılanların sayının 240-ı ötdüyü bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ