25 may 2016 - cı il tarixində, saat 10: 30 - da Azərbaycan Milli Elmlər Akademiyasının konfrans zalında (Hüseyn Cavid prospekti, 2 - ci mərtəbə) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və AMEA Tarix İnstitutunun elmi - təşkilati dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası tərəfindən “İrəvanın maddi və mənəvi irsi” mövzusunda gənc tədqiqatçıların elmi - praktik konfransı keçiriləcək.
Konfransın keçirilməsində əsas məqsəd orta əsr şəhər mədəniyyətinə malik Azərbaycanın İrəvan şəhəri, onun dövlətçiliyimizin tarixindəki yeri, ictimai-siyasi və mədəni rolunun, ermənilər tərəfindən şəhərin məqsədyönlü şəkildə özününküləşdirməsi yolunda apardığı vandal siyasətin araşdırılması, o cümlədən, maddi - mədəniyyət abidələrinin, mənəvi irsin tədqiqi və təbliğinə gənc tədqiqatçılar tərəfindən töhvə verməkdən ibarətdir.
Konfransın işində müxtəlif elmi müəssisələrin rəhbərləri, rəsmi şəxslər iştirak edəcək.
7News.Az








