RU
Çirkin hesab etdiyi pişiyinə estetik əməliyyat etdirdi - FOTO
17:10
422

Çirkin hesab etdiyi pişiyinə estetik əməliyyat etdirdi - FOTO

Çində yaşayan bir qadının çirkin hesab etdiyi pişiyini estetik əməliyyat etdirməsi tənqidlərə məruz qalmasına səbəb olub.

Pişik sahibinin estetik əməliyyatlar üçün 1.100 sterlinq xərclədiyi bildirilib. Adı açıqlanmayan qadın gözlərinin formasını bəyənmədiyi üçün əməliyyatla pişiyin gözlərinin formasını dəyişib. Əməliyyatla göz qapaqları götürülən pişiyin üzünün tükləri qırxılıb.
Əməliyyatdan sonra yayımlanan fotolarda heyvanın gözlərinin ətrafının qıpqırmızı olduğu görülür.

Əməliyyatın bütün detalları Çinin beynəlxalq kanalında yayımlanıb. Sosial media istifadəçiləri isə qadının heyvana işgəncə etməsi səbəbilə həbs olunmasını tələb edib.

Çirkin hesab etdiyi pişiyinə estetik əməliyyat etdirdi - FOTO
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ