İrlandiyanın paytaxtı Dublində məktəb qarşısında bıçaqlı hücumdan sonra insanlar küçələrə axışıb. Nümayişçilər polislə toqquşub, maşınları yandırıblar.
7NEWS.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublin şəhər mərkəzində məktəb qarşısında baş verən bıçaqlanma hadisəsində 3-ü uşaq olmaqla 5 nəfərin yaralandığı bildirilib. Sky News-un məlumatına görə, Dublinin Şərqi Parnell meydanında məktəb qarşısında baş verən bıçaqlanma hadisəsində yaralanan 5 nəfərdən 3-ü azyaşlı uşaqdır.
7NEWS.az








