RU
İrlandiyanın Baş naziri karantin elan edərək dostları ilə piknikdə
15:40
260

İrlandiyanın Baş naziri karantin elan edərək dostları ilə piknikdə "zaqar" edib - FOTO

İrlandiyanın Baş naziri Leo Varadkar özünün elan etdiyi karantin tədbirlərini pozaraq, koronavirus pandemiyası zamanı dostları ilə piknikə çıxıb. Media və ölkə əhalisi bu cür hərəkətləri sərt şəkildə pisləyib.

İrlandiyanın Baş naziri karantin elan edərək dostları ilə piknikdə

7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "New York Post" yazır.

Jurnalistlər Varadkarı paytaxt parklarının birində köynəksiz "günəş vannası" qəbul edərkən çəkiblər.

İrlandiyanın Baş naziri karantin elan edərək dostları ilə piknikdə

Dövlət başçısı, vətəndaşlardan gəzintilərdən çəkinməyi və ehtiyac olmadan evdən çıxmamağı istədikdən cəmi bir gün sonra parka gedib.

Ölkə rəhbərinin bu hərəkəti yerli sakinlərin qınağına səbəb olub. Sosial şəbəkələrdə bir çoxları baş nazirdən dərhal istefa etməsini tələb edib.

Baş nazirin sözçüsü onun hərəkətlərinə bəraət qazandırmaq üçün bildirib ki, Varadkar daimi yaşayış yerindən üç mil məsafədə olduğu və dörddən çox adamdan ibarət qrupda toplaşmadığı üçün heç bir qayda pozuntusuna yol verməyib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ