İrlandiyanın baş naziri Mişal Martinin koronavirus testi müsbət çıxıb.
Bu barədə "The Irish Times” nəşri İrlandiyanın ABŞ-dakı səfirinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, İrlandiyanın ABŞ-dakı nümayəndə heyətinin üzvünü birində virus aşkarlandığına görə Baş nazir Vaşinqtonda PCR testi verib.
Qeyd olunur ki, bununla əlaqədar olaraq İrlandiya baş nazirinin ABŞ prezidenti Co Baydenlə cümə axşamı səhərə planlaşdırılan Müqəddəs Patrik Günü münasibətilə ənənəvi görüşü böyük ehtimalla ləğv ediləcək.








