RU
İş adamı doğma şəhərini məşhurlaşdırdı - FOTOLAR
10:13
521

İş adamı doğma şəhərini məşhurlaşdırdı - FOTOLAR

Biznesmen yaşadığı xırda şəhəri dünyaya tanıtdırmaq üçün böyük layihələr gerçəkləşdirib. 

ABŞ-ın İllinois ştatındakı Keysi şəhəri dünyanın ən qeyri-adi memarlıq nümunələrinə ev sahibliyi edir.  Burada yaşayan bir iş adamı adı çoxlarına məlum olmayan şəhəri məşhurlaşdırmaq üçün hərəkətə keçib. 

Şəhərin ərazisi də, əhalisinin sayı da  kifayət qədər kiçikdir. Lakin bu yaşayış məntəqəsi böyüklüyü ilə rekord vurmuş bir neçə obyektlə diqqət mərkəzinə düşüb. Dünyanın ən böyük poçt qutusu, ən böyük qolf çubuğu, ən böyük yellənən kürsüsü, ən böyük taxta ayaqqabısı məhz bu şəhərdədir. 

Poçt qutusunun  daxili həcmi  162 kub metrdir. Bu poçt qutusuna qalxmaq üçün spiralvari pilləkən də quraşdırılıb.  Taxta ayaqqabının hər tayının çəkisi  680 kq-dan çoxdur. 61 yaşlı Cimin düzəltdiyi qolf çubuğunun hündürlüyü isə 10 metrə yaxındır. Ancaq heç şübhəsiz ki,  kiçik şəhərdə quraşdırılan dünyanın ən böyük külək zınqırovu Keysinin rəmzinə çevrilib. Bu polad zınqırovun hündürlüyü 13  metrə yaxındır. 

Dünyanın ən böyük yabası da məhz bu şəhərdədir. Yerli sakinlər hərdən uzunluğu  20 metrə çatan yabanın üstündə xatirə şəkli də çəkdirir.  Keysi şəhərində ucaldılan kürsünün hündürlüyü isə təxminən 18 metrdir. Bu kürsünün hazırlanmasına aylarla vaxt gedib.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ