Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını öldürməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Azər Paşayevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses noyabrın 6-da davam etdiriləcək.
İttihama görə, adıçəkilən şəxslər 2016-cı il iyunun 16-da Xaçmaz rayonunda yaşayan iş adamı İlqar Məmmədovun evinə quldurluq niyyəti ilə girən şəxslər onu öldürüblər. V.Rüstəmov hadisədən dərhal sonra Rusiyaya, sonra isə Qazaxıstana qaçıb. Orada tutularaq Azərbaycana ekstradisiya edilib./qafqazinfo
7news.Az








