Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aliyə Ələkbərovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən A.Ələkbərova 8 il müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilib.
Qeyd edək ki, Aliyə Ələkbərova bir neçə vətəndaşın etibarını qazanaraq onları yaxşı işlər düzəltmək adı ilə pul alıb, sözünü tutmayıb. A.Ələkbərova eləcə də, bir neçə şəxsdən ticarət quracağı adı ilə pul alıb. Qadının ümumilikdə 209 min manat dələduzluq etdiyi ortaya çıxıb.
A.Ələkbərova Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunub./lent
7news.az








