RU
İş üçün Zaqatalaya gedənlər qəzaya düşdülər: 1 ölü, 4 yaralı - VİDEO - FOTOLAR
15:51
434

İş üçün Zaqatalaya gedənlər qəzaya düşdülər: 1 ölü, 4 yaralı - VİDEO - FOTOLAR

Balakəndə bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

7News.az xəbər verir ki, hadisə bu gün səhər saat 7 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən rayonu Qazbinə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Balakən rayon Talalar kənd sakini, 1962-ci il təvəllüdlü Bayram Əsabəli oğlu Xanmədov idarə etdiyi "VAZ 21 074" markalı minik avtomobili ilə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan gələn "KamAZ" markalı yük maşını ilə toqquşub.

Qəzadan sonra "KamAZ" markalı yük maşınının sürücüsü xəsarət almasa da "VAZ 21074" markalı avtomobilin sürücüsü Bayram Xanmədov və onun həmkəndlisi olan sərnişinləri - 1964-cü il təvəllüdlü Əmirxan Musa oğlu İsmayılov, 1959-cu il təvəllüdlü Pəri Əsədulla qızı Ömərova, 1958-ci il təvəllüdlü Ramiz Əziz oğlu Şahverdiyev və 1969-cu il təvəllüdlü Reyhan Sabir qızı Murtuzova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Yaralılardan Bayram Xanmədov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır bədən xəsarətlərindən keçinib. Digər yaralılar xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdiriliblər, müayinə və müalicələri davam etdirilir, vəziyyətləri orta-ağır qiymətləndirilir. Qəza zamanı ölən və yaralanan həmkəndlilər yeşiklərə xurma düzmək üçün Zaqatalaya gedirmişlər.

Faktla bağlı DİN-nin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır. /ARB Şəki 

Videonu izləmək üçün şəklə klikləyin:

    • İş üçün Zaqatalaya gedənlər qəzaya düşdülər: 1 ölü, 4 yaralı - VİDEO - FOTO


    7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ