RU
İsa peyğəmbər haqqında rəvayət: Allahın, yoxsa romalı əsgərin nikahdan kənar oğlu?
13:03
3113

İsa peyğəmbər haqqında rəvayət: Allahın, yoxsa romalı əsgərin nikahdan kənar oğlu?

Onun Davud peyğəmbərin nəslindən gəldiyi iddia olunur.

1859-cu ildə Almaniyanın Bed Kreznaç qəsəbəsi yaxınlığında dəmir yolunun çəkilişi üçün aparılan qazıntı işləri zamanı fəhlələr bir məzara rast gəldilər.Bu, Roma əsgərinin məzarı idi.Məzardan çıxan kitabələr və heykəllər yaxınlıqdakı muzeyə aparıldı.Maraqlı idi ki, İkinci Dünya Müharibəsində darmadağın olan qəsəbədə muzeyə heç nə olmadı.Müharibədən sonra muzeydə araşdırmalara başlanıldı. Araşdırmalar zamanı buradan 1860-cı ilə - dəmir yolunun çəkilməsindən bir il sonraya aid yağlı boya ilə çəkilmiş tablolar tapıldı. Tablolarda naməlum rəssamın Roma əsgərinin məzarının silsilə və müxtəlif formalarda təsvirləri vardı.Tabloların üzərindəki ad arxeoloqların diqqətini cəlb etdi, bu, xristian dünyasında mübahisələrə yol açdı.

Məzardan tapılmış heykəllərdən birinin üzərində "Sidonlu Tiberus Yuli Abdes Panter” yazılmışdı.Ad romalı əsgərə məxsus idi. Heykəlin alt hissəsində bu cümlə yazılmışdı: "Birinci Oxçular Birliyində 40 il xidmət etdikdən sonra 62 yaşında ölən əsgər burada yatır”. Məzar bizim eranın I əsrinə aid idi.Lakin "Panter” adı sui-qəsd nəzəriyyəçilərinə və arxeoloqları başqa istiqamətə yönəltdi.Bu adı ilk dəfə Selsus adlı yunan filosofu öz kitabında çəkmişdi. Selsus "Həqiqi doktrinaya sözardı” adlı kitabında Panteri belə təsvir edirdi: "İsa Məsihin anası Məryəm ana Panter adlı romalı əsgərdən hamilə qaldı”. Filosofun iddiası Məsihin bioloji atasının olması şübhəsini yaradırdı.Selsus xristianlığın və "İncil”in fundamental iddialarından birini çökdürmüşdü.İddia yerindəcə Vatikan tərəfindən rədd edildi və məsələ geniş müzakirələrə yol açmadan yaddan çıxdı.

Roma vətəndaşı yəhudi

ABŞ-ın Karolina Universitetinin professoru Ceyms D.Tabor bir neçə il əvvəl Bed Kreznaça getdi. Araşdırmalara başladı və maraqlı detallara çatdı.Taborun əldə etdiyi ilk fakt bu idi ki, Yuli Abdes Panterin doğulduğu yer Sidon Suriya - İsrail sərhədləri yaxınlığında yerləşirdi.Panter İsrail (bəzi mənbələrdə Fələstin) ərazilərində hərbi xidmətini yerinə yetirən romalı əsgər idi.Yəni, o da İsa Məsihin doğulduğu torpaqlarda dünyaya gəlmişdi.Kökəncə romalı deyildi.Kölə kimi çalışdıqdan sonra azadlıq - Roma vətəndaşlığı almışdı.Həmin dövrlərdə İsrail və Fələstin ərazilərində yetişdirilən oxçular Xorvatiya, buradan da Almaniya ərazilərinə göndərilirdilər.
Taborun ikinci kəşfi bu idi ki, "Abdes” adı arami dilində latınlaşdırılmış "Əbəd”dən gəlirdi.Mənası "Tanrının qulluqçusu” deməkdir.Bu da Panterin yəhudi mənşəli olduğunu göstərir. Lakin amerikalı professorun iddiasını çürüdən bir hadisə baş verdi. 1891-ci ildə Çarles Klermont-Qannau adlı fransız arxeoloq Qüdsün Şimalında Nablus yolunun kənarından qədim yəhudi qəbristanlığı aşkar etdi.Buradakı qəbir daşlarından birinin üzərinə "Panteros” (yunan dilində) adı yazılmışdı. Yəni, "Panter”, yaxud "Panteros” həmin dövrdə romalılar və yəhudilər arasında yayılmış və istifadə edilən məşhur ad idi.

Romalı əsgər Məryəmə təcavüz etmişdi?

Sidonlu əsgərin məzarı uzun illər araşdırmalar mövzusu oldu.Arxeoloqlar onun Məsihin atası olması məsələsini araşdırdılar.Real sayılacaq detallara çata bilmirdilər.Müxtəlif nəzəriyyələr ortaya atıldı.Bu nəzəriyyələrdən birinə görə, İsanın anası Məryəmi Yuli Abdes zorlayıb.İddiaya görə, bunun ağır cəzasının olduğunu başa düşən Məryəm hadisəni gizlədir və başqa bir kişiylə evlənmək məcburiyyətində qalır.Təcavüzdən sonra məlum - "Bakirə Məryəmin hamilə qalması” uydurması ortaya atıldı.Fransız və amerikalı mənbələr Vatikanda bu barədə xeyli sayda məlumatın olduğunu, lakin 2000 illik bu sirrin gizlədildiyini iddia edirlər.Amma "Matta İncil”ində İsa və Sidonla bağlı incə bir detal var. "Matta” surələrindən birində İsanın Sidona - atasının doğulduğu iddia olunan şəhərə səyahətindən bəhs olunur.Halbuki Sidon İsanın səyahət yolunun üzərində deyildi.Kilsə və dini mənbələr də peyğəmbərin Sidona niyə gəlməsi barədə heç bir fikirə sahib deyillər.

"Ata, məni niyə tərk etdin?”

Heykəlin Məsihə oxşayıb-oxşamaması da müzakirə mövzusdur.Çünki dəmiryolu işçiləri heykəli tapanda başı yox idi.Lakin peyğəmbər çarmıxa çəkiləndə "Ata, məni niyə tərk etdin?” demişdi.Məsələnin sirri də İsanın bu sözündə gizlənmişdi. Vatikan edam vaxtı "ata” deyəndə Məsihin kimi, yaxud nəyi nəzərdə tutmasını izah etmir, izahı olsa da bu sirr saxlanılır. "Ana Britannika” ensiklopediyasında Sidonlu Panterin İsanın atası olması iddiasına toxunulur.Lakin bu, digər mənbələrin fikirlərindən bir qədər fərqlidir.Nəşrdə qeyd olunur ki, Talmudda I və II əsrlərdə yaşamış xaxamların əlyazmalarına görə, Panter adlı romalı əsgərin nikahdankənar oğlu olan İsa cadugərliklə məşğul olub.Xalqı aldadaraq qarışıqlıq yaradıb.Ətrafına 5 mürid toplamışdı.Lakin Pəşah bayramı ərəfəsində çarmıxa çəkilərək edam edildi”.Ensiklopediya İsanın anası bakirə Məryəmin bu romalı əsgərdən hamilə qaldığını bildirir.

Ata və oğul

İtalyan rəssam Guido Reni 1635-ci ildə yağlı boya ilə çəkdiyi tabloda "Yusif və körpə İsa”nı ("Saint Joseph with the Infant Jesus”) təsvir edirdi. İnanca görə, Reninin rəsmini çəkdiyi Yusif (Jozef) İsanın dünyəvi atasıdır və xristian ruhanisidir.Təsadüf deyil ki, xristianlıqda 19 mart "Əziz Yusif günü” kimi qeyd olunur."Əhdi-Cədid”də də Yusif İsanın atası və bakirə Məryəmin həyat yoldaşıdır."Matta” və "Luka”da bu məsələyə toxunulur.Roma katolik inancına görə, o, kilsənin baş yepiskopu və qoruyucusudur.Yusif Davud peyğəmbərin soyundan idi.Qədim yəhudi mənbələrində bununla bağlı müəyyən qeydlər var və həmin mənbələrdə Məsihin adı "Yusifin oğlu İsa” kimi qeyd olunur.Yusif Məryəmlə evlənmişdi. O, evlənməmişdən əvvəl Məryəmin hamilə olduğunu öyrəndi. "Matta İncil”inə görə, Yusif yaxşı adam olduğu üçün Məryəmi insanların içində utandırmamaq üçün ondan gizli ayrılmaq qərarı verdi: "Lakin bir mələk yuxuda Yusifə dedi ki, Məryəmi özünə arvad kimi almaqdan qorxma. Çünki onun bətnində yaranan müqəddəs ruhdandır”.

Yusifin ölüm tarixi dəqiq bilinmir.Lakin İsanın öz təlimlərinə başlamamışdan əvvəl öldüyü ehtimal olunur."İncil”lərin heç birində də Məsihin çarmıxa çəkilməsi vaxtı Yusifdən danışılmır.Edamdan sonra bu haqda müxtəlif hekayələr yazıldı, əfsanələr uyduruldu. II əsrdə yazılmış "Protevangelium of James” və IV əsrə aid "Dülgər Yusifin tarixçəsi” adlı kitablarda qeyd olunur ki, Məryəm Yusiflə evlənəndə bu qadın uşaqlı dul idi. İddia İsanın qardaşının olub-olmaması mübahisələrini, eyni zamanda Məryəmin romalı əsgərin təcavüzünə məruz qalaraq hamilə olması iddialarını ortaya çıxardı.Bir sıra nəzəriyyəçilərin gəldiyi ümumu qənaət bu idi ki, sidonlu tərəfindən zorlandıqdan və hamilə qalandan sonra Məryəm Yusiflə evlənib.Ehtimala görə, Jozef elə "müqəddəs bakirə” ilə onu insanların qınaqlarından xilas etmək məqsədiylə evlənmişdi.

Məryəm və Yusifin uşaqları

İsanın 4 qardaş və 2 bacısı vardı. Yaqub, Yusif, Şimon və Yəhuda onun qardaşlarıydı. "Matta” və "Mark” incillərində bu barədə məlumat verilir.Onlar Məryəmlə Yusifin uşaqları idilər ("Matta” 1-25).Müqəddəs kitab İsanın Məryəmin "ilk uşağı” olduğunu yazır.Bu, Məryəmin Yusifdən digər uşaqlarının olmasını göstərir ("Luka” 2-7).Amma Məryəmin bakirə ikən Məsihə hamilə qaldığını müdafiə edən bir sıra mənbələr iddia edirlər ki, peyğəmbərin qardaş və bacıları Yusifin əvvəlki evliliyindən idilər.Lakin müqəddəs kitablar İsanın Davud peyğəmbərin mirası - onun nəslindən olduğunu təlqin edirlər.Yusif məhz Davudun nəslindən idi. ("Samuel” 7-12, 13; "Luka” 1-32). Əgər Yusifin İsadan daha böyük yaşda oğulları olsaydı, Yusifin qanuni varisi ən böyük oğlu olmalı idi.

Bir sıra mənbələr də İsa Məsihin "qardaş” və "bacıları” olduğu iddia olunan şəxslərin əslində onun əmiuşaqları, yaxud qohumlarının olduqlarını iddia edirlər. Halbuki qədim yəhudi və xristian mənbələrində "qardaş”, "qohum” və "əmi oğlu” statusları fərqli ifadələrlə təsvir olunurlar. "Luka” və "Matta”da onlar məhz İsanın "qardaş” və "bacıları” adlandırılırlar. Məsələn, "The Expositors Bible Commentary” adlı müraciətdə "İsanın qardaşları” ifadəsinə yer verilir: "İsa Məryəm və Yusifin oğullarını - eyni anadan olan qardaşlarını bağışlayır”.

İsrailoğulları "əbədi bakirə”yə qarşı

Qədim yəhudi mənbələrində Məryəmin bakirə olmadığı qravürünün üzərində dayanılır və onun fahişə olması iddiası irəli sürülür. Əsrin əvvəllərində - İsa doğulduğu vaxt yəhudi ənənəsinə görə, kişi və qadının nikahsız yaşaması haram idi. Məryəm bu vaxt Yusifin nişanlısıydı.

Nikaha girməmişdən əvvəl Məryəmin hamilə olması üzə çıxdı və bu, yəhudilər arasında çaxnaşma yaratdı.Yəhudilər Məryəmin bir kişiylə cinsi əlaqədə olduğuna və həmin adamdan hamilə qaldığına inanırdılar.Heç kəs bakirə Məryəmin müqəddəs ruhdan hamilə olmasına inanmaq istəmirdi.Çünki yəhudi inanclarında möcüzələrə inam yoxdur.Buna görə bir sıra rəvayət və mənbələrə görə, yəhudilər Məryəmin iddiasını yalan çıxarmaq üçün onu bakirəlik testindən keçirdilər.Həmin vaxt bu testi yumurtayla edirdilər.Lakin Məryəm bakirə çıxdı.Yəhudilər çaşqınlıq içində idilər.Lakin yenə də İsanın müqəddəs ruh tərəfindən Məryəmin bətninə göndərilməsi qravürünə inanmadılar, iddia etdilər ki, İsa yalançı Məsihdir.

İsanın genetik kodu

"Matta” və "Luka” incilləri açıq formada İsa Məsihin Davud peyğəmbərin nəslindən gəldiyini yazırlar.Yusifin də Davudun nəslindən olmasını nəzərə alanda onun Məsihin atası olması şübhəsi yaranmalıdır.Əks halda "İncil”lər yəhudi ənənələrində nəslin anadan davam etməsini əsas gətirərək, İsanın Məryəmin nəslindən olması iddiasını irəli sürərdilər.Xristianlığın müqəddəs kitabları da İsanın nəslini atasının geni üzərindən davam etdirir, İmran qızı bakirə Məryəmin yox.//cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ